Azərbaycanda son sutkada 495 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sağlamlıq
04.08.2022 17:22
426

Azərbaycanda son sutkada 495 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda koronavirusa 495 yeni yoluxma qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.


Bu barədə MediaBaku.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.


Məlumata görə, sutka ərzində koronavirusdan 3 nəfər ölüb.


Ölkədə indiyədək 800 478 nəfər koronavirusa yoluxub.


Onlardan 787 839 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib.


Hazırda aktiv xəstə sayı 2 884 nəfərdir.


Ölkədə son sutka ərzində 3 708, hazırkı dövrədək isə 7 058 973 test aparılıb.




Loading...
Loading...