Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı artıb
İqtisadiyyat
20.02.2021 19:07
370

Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı artıb

Azərbaycanda tütün məmulatları, içki və qida məhsullarının istehsalı artıb.

Dövlət Statistika Komitəsindən 
MediaBaku.az-a verilən məlumata görə, emal sənayesində yanvar ayında 1053,1 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.


Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 4,8 faiz, qida məhsullarının istehsalında isə 3 faiz artım müşahidə olunub.


Bu sahələrin əsas məhsullarından duru bitki yağları 35,9 faiz, kolbasa məmulatları 24,9 faiz, kərə yağı istehsalı 2,4 faiz artıb. Marqarin istehsalı 6,3 faiz, qənd və şəkər tozunun istehsalı isə 85,7 faiz azalıb.

Loading...