Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı
Cəmiyyət
12.12.2020 10:32
213

Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının iki direktoru vəzifəsindən azad edilib.


MediaBaku.az Trend-ə istinadən məlumatına görə, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib.


AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Loading...
Loading...