Azərbaycandakı əsirlərin siyahısı...  - Arutyunyan
Siyasət
21.12.2020 23:17
182

Azərbaycandakı əsirlərin siyahısı... - Arutyunyan

Ermənistan rəhbərliyi Azərbaycanda əsirlikdə olan 62 nəfərin siyahısını Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) verib.


Buta.ws xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan əsirlikdə olanların qohumları ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, onların qayıtmaları üçün hər şey edilir.


"62 nəfərin adı BQXK-ya, şəxsi işləri isə Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Məsələ Qarabağdakı rus sülhməramlı kontingentinin komandanlığının da diqqətindədir”, - Arutyunyan bildirib.


Qeyd edək ki, bundan öncə Azərbaycanda əsirlikdə olan 44 erməni hərbçisi ölkələrinə göndərilib. 

Loading...
Loading...