Azərbaycanın vaksinasiya strategiyası dünyaya nümunədir
Ölkə
30.07.2021 12:35
929

Azərbaycanın vaksinasiya strategiyası dünyaya nümunədir

Hazırda yüksək riskli qruplar arasında COVID-19-a yoluxma və yüksək ölüm faizi dünya səhiyyəsinin ən böyük problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı ilə fəal şəkildə iş birliyi quran dövlətimiz nəinki ölkəmizin, hətta dünyanın bu bəlaya qarşı birləşməli olduğunu bildirir, ölkələri fəal əməkdaşlığa səsləyir. Ölkəmizin bu prosesdə fəaliyyəti isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. 

Azərbaycan bugün bəşəriyyətin bir nömrəli probleminə çevrilmiş xəstəliklə mübarizədə vaksinləşmənin ən effektiv yol olduğunu hesab edir və öz vətəndaşının sağlamlığı naminə bütün zəruri addımları atır. 2020-ci ildə bu sahədə baş verənlər onu göstərdi ki, pandemiyanınyayıl-masınınqarşısınıalmaqüçüntətbiqolunannəsərtkarantin, nə mövcud məhdudiyyətlər, nə mütləq evə qapan¬maq, nə maska, nə əlcək, nə cərimə, nə qorxu, nədə başqa vasitələr bu problemin tam şəkildə həlli deyildir. Bütün görülən tədbirlər bu təhlükəli pro¬sesin sürətlənməsinin qarşısını yalnız müvəqqəti olaraq, cüzi şəkildə ala bilir. Ancaq tarix sübut edir ki, müxtəlif dövrlərdə baş verən pandemiyaların qarşısının mütləq şəkildə alınmasının yolu yeganə olaraq əhalinin kütləvi şəkildə vaksinasiyasıdır.

Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının peyvənd edilməsi nəzərdə tutulurdu. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət və təhsil işçiləri peyvənd olundu. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Dövlət başçımız cənab İlham Əliyevin hər zamankı kimi dərin, düşünülmüş, operativ qərarları və Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”ından irəli gələn tələblərin yerinə yetirilməsi nəticəsində  qısa zamanda vaksinin müsbət təsirini görəcəyik və COVID-19 pandemiyasına qalib gələ ilk ölkələrdən biri olacağıq. Biz buna tam əminik!

Rafət İsmayılov

Neftçala rayon sakini, müəllim

Loading...
Loading...