Azərbaycanın və Gürcüstanın Təhsil nazirlikləri dərsliklərlə bağlı birgə iş aparacaq
Ölkə
21.02.2022 16:47
370

Azərbaycanın və Gürcüstanın Təhsil nazirlikləri dərsliklərlə bağlı birgə iş aparacaq

“Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında imzalanmış sazişə əsasən, Azərbaycanda fəaliyyət göstərən gürcüdilli məktəblər, eyni zamanda Gürcüstandakı azərbaycandilli məktəblər Ana dili və ədəbiyyatı dərsliklərini tamamilə təmənnasız əldə edəcəklər”.

Mediabaku.az xəbər verir ki, bunu Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli jurnalistlərə açıqlamasında deyib.

"Biz bu gün ölkələrimizin elm və təhsil sahələrində əməkdaşlığının dərinləşdirilməsini nəzərdə tutan çox mühüm bir müqaviləni imzaladıq. Bildiyiniz kimi, biz ortaq əməkdaşlıq nəticəsində çox sayda uğurlar əldə etmişik və bu müqavilə sayəsində uğurlarımız daha da artacaq", - nazir bildirib.
Loading...
Loading...