Azərbaycanlı aktrisa məşhur filmdə rol alacaq - FOTO
Maqazin
11.02.2022 23:29
845

Azərbaycanlı aktrisa məşhur filmdə rol alacaq - FOTO

Dünyaca məşhur “Qaraçı qızı” mozaikasına Türkiyədə film çəkiləcək.


Dünyanın ən böyük mozaika muzeylərindən biri olan Zeuqma mozaika muzeyində qorunan “Qaraçı Qız” mozaikası filmə çevrilir. Prodüser İbrahim Akbaba “Qaraca qız Zeuqma” komediya filmi ilə kinosevərləri güldürəcək. Sözügedən mozaikaya heyran qalan prodüser İbrahim Akbaba onu böyük ekrana çıxarmağa hazırlaşır. İbrahim Akbaba “Qaraca qız Zeuqma” komediyasının çəkilişləri üçün hazırlıqları tamamlayıb. Ssenarisini Cavidan Balcının yazdığı layihə Mart ayında başlayacaq. Filmin çəkilişləri Qaziantepdə aparılacaq və rejissoru Kamil Çetindir. ZEN yapım tərəfindən hazırlanacaq.


MediaBaku.az xəbər verir ki, filmdə baş rollardan birini azərbaycanlı aktrisa Aysel Nazim canlandıracaq. O türk həmkarı Orhan Uslu ilə bu layihədə yer alacaq.


Loading...
Loading...