Azərbaycanlı müğənni dünyanın ən qalmaqallı narkobaronunun qardaşı ilə bir arada FOTO
Maqazin
18.05.2022 15:35
850

Azərbaycanlı müğənni dünyanın ən qalmaqallı narkobaronunun qardaşı ilə bir arada FOTO

İfaçı Nura Suri bir neçə gündür, Kolumbiyadadır.

MediaBaku.az  xəbər verir ki, Nura burada dünyaca məşhur narkobaron   Pablo Eskobarın  qardaşı ilə   görüşüb.

Suri 75 yaşlı Roberto Eskobarla fotosunu sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Roberto de Xesus Eskobar Qaviriya ABŞ-da qaçaqmalçılıq yolu ilə daxil  olan  narkotikin  80%-nə  nəzarət edən “Medelyin Birliyi”nin (narkotikin satışı   ilə məşğul olan şəbəkə - red.) keçmiş mühasibi və qurucu şəriklərindən biridir.

Pablo Eskobarla birlikdə həbsxanadan qaçıb, bir il sonra təslim olub.

On il həbsdə qaldığı müddətdə məktub zərfinin içində gizlənən bombanın üzünə yaxın partlaması nəticəsində bir gözünü itirib.

Sözügedən fotoları təqdim edirik:


Loading...
Loading...