Azərbaycanlı rəssam vəfat etdi
Cəmiyyət
19.12.2020 12:52
171

Azərbaycanlı rəssam vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərov 66 yaşında dünyasını dəyişib.

MediaBaku.az Publika.az xəbər verir ki, bu barədə rəssamın həmkarı Ziyadxan Əliyev sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, 3 Mart 1954-cü ildə Babək rayonunun Qahab kəndində dünyaya gələn rəssam Məhəmmədəli Ələkbərov “Əzimzadə məktəbi”ndə (1971-1977) rəngkarlıq, sonra isə Stroqonov adına Moskva Ali bədii-sənaye məktəbində (1980-1985) keramika üzrə ixtisas təhsili alıb. 1977-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısı olub. Bu vaxta qədər 30-a fərdi sərgisi keçirilib.

Allah rəhmət eləsin.

Loading...