AzTU-nun kafedra müdiri koronavirusdan vəfat edib
Cəmiyyət
08.12.2020 17:09
105

AzTU-nun kafedra müdiri koronavirusdan vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektronika kafedrasının müdiri, professor Hüseyn Orucov koronavirusdan vəfat edib.


MediaBaku.az xəbər verir ki, bu barədə "report"a AzTU-dan məlumat verilib.


Bildirilib ki, H.Orucov 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.


1990-cı ildən AzTU-nun Fizika kafedrasında baş müəllim, 1995-ci ildən dosent, 2009-cu ildən professor kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olub.


2010-cu ildə AzTU-nun Elektronika kafedrasına müdir təyin edilib.


2011-ci ildə yenidən bu vəzifəyə müsabiqə yolu ilə seçilərək ömrünün sonuna kimi işini davam etdirib.


120-dən artıq elmi əsərin, ali məktəb tələbələri üçün 2 dərslik, 4 dərs və metodiki vəsait, abituriyentlər üçün 1 test kitabının müəllifidir.


Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.


Hüseyn Orucov gənc alimlərin hazırlanmasında fəal iştirak edib.

Loading...