AzTV-nin binasındakı bədbəxt hadisə nəticəsində 1 nəfər həlak oldu  - RƏSMİ
Hadisə
25.12.2020 23:30
495

AzTV-nin binasındakı bədbəxt hadisə nəticəsində 1 nəfər həlak oldu - RƏSMİ

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
 
QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!
Loading...
Loading...