Bakı-Ələt-Qazax-Gürcüstan yolunda hərəkət məhdudlaşdırılacaq
Ölkə
18.05.2022 10:03
218

Bakı-Ələt-Qazax-Gürcüstan yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə  dövlət sərhədi avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq.

MediaBaku.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat  yayıb.

Bildirilib ki, sözügedən yolun Hacıqabul rayonu  ərazisindən  keçən  89,7-ci kilometrində yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri  ilə əlaqədar olaraq may ayının 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək.

Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Qurum qeyd edib ki, sürücülərdən təmir işlərinin  aparılmasına  anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Loading...
Loading...