Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğradı:  Yaralılar var
Hadisə
31.12.2020 08:49
161

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğradı: Yaralılar var

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib, iki nəfər xəsarət alıb. 

MediaBaku.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, 135 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı arakəsəmə dəmirə çırpılıb. Qəza zamanı avtbousda olan sərnişinlər 1958-ci il təvəllüdlü Pənahova Nərminə Soltan qızı və 1956-ci il təvəllüdlü Zalıyev Əlifağa Mirabbas oğlu müxtəlif dərəcələi bədən xəsarətləri alıb. 


Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır.

Loading...