Bakıda baş verən yanğında yaşlı qadın həlak olub
Hadisə
18.05.2022 08:28
105

Bakıda baş verən yanğında yaşlı qadın həlak olub

Azərbaycan Respublikasının  Baş Prokurorluğu Bakıdakı yanğınla bağlı məlumat yayıb.

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın  baş vermişdir.

Baş prokurorluqdan MediaBaku.az-a  verilən məlumata görə,  hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər  aidiyyəti  orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata  keçirilir.

İlkin  məlumata  əsasən,  hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen  Abdulabəyova ölmüşdür.

İctimaiyyətə əlavə  məlumat veriləcəkdir.

Loading...
Loading...