Bakıda eyvandan küçəyə dollar səpələdilər -  VİDEO
Cəmiyyət
18.06.2021 14:02
56

Bakıda eyvandan küçəyə dollar səpələdilər - VİDEO


“Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əsginasları səpələməsini əks etdirən video barədə danışarkən deyib.

Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz: “Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əsginaslar əsl deyil, saxtadır, oyuncaqdır”.

Loading...