Bakıda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb
Hadisə
12.05.2022 19:43
815

Bakıda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb

Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov  rayonu ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

MediaBaku.az xəbər  verir   ki, Nərimanov prokurorluğundan  bildirilib ki, ilkin araşdırmalarla   müəyyən olunub ki, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman  binanın 11 -ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin  damına  yıxılması   nəticəsində  almış  olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla  bağlı  Nərimanov   rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.



Loading...
Loading...