Bakıda gecə klubunda qətl:  Kriminal aləmin üzvü tutuldu - FOTO
Ölkə
19.11.2021 09:56
490

Bakıda gecə klubunda qətl: Kriminal aləmin üzvü tutuldu - FOTO

Bakıda 7 il əvvəl qətl törədib, istintaqdan yayınan və interpol xətti ilə axtarışa verilən şəxs tutulub.


MediaBaku.az APA-ya istinadən bildirir ki, 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirən kriminal aləmin üzvü Muxtarov İbrahim Nadir oğlu saxlanılıb.


Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.



Loading...
Loading...