Bakıda itkin düşən yeniyetmə tapıldı
Cəmiyyət
06.01.2021 12:59
207

Bakıda itkin düşən yeniyetmə tapıldı

Bakının Sabunçu rayonunda itkin düşən qız tapılıb.


MediaBaku.az xəbər verir ki, 12 yaşlı Ləman Şahbazova ailəsinə təhvil verilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən"Report"a məlumatı təsdiqləyiblər.


​Qeyd edək ki, Nizami rayonu ərazisində yaşayan 12 yaşlı L.Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmamışdı.
Loading...
Loading...