Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı
Hadisə
27.07.2021 18:04
2155

Bakıda şok hadisə: özünü partlatdı, polislər yaralandı

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

MediaBaku.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

MediaBaku.az-ın məlumatına görə, hadisə zamanı 4 nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunur.

Loading...
Loading...