Bakıda tükürpədici hadisə: Bağlı qapını qırıb evə girən polis gənc qızın asılmış meyitin tapdı
Cəmiyyət
25.12.2020 14:49
98

Bakıda tükürpədici hadisə: Bağlı qapını qırıb evə girən polis gənc qızın asılmış meyitin tapdı

Ötən gün Bakıda mənzildən meyiti tapılan 23 yaşlı qızın ölüm səbəbi məlum olub.

MediaBaku.az.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Suraxanı rayonundakı evlərdən birində meyiti tapılan, 1997-ci il təvəllüdlü Səfərova Fatimə Rövşən qızı özünü asaraq intihar edib.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1997-ci il təvəllüdlü Səfərli Fatimə Rövşən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.APA

Loading...