İdman
12.01.2022 00:38
364

"Barselona"dan Draksler həmləsi

İspaniyanın "Barselona" klubu "PSJ"nin almaniyalı futbolçusu Yulian Draksleri transfer etmək istəyir.


MediaBaku.az xarici mənbələrə istinadən xəbər verir ki,  "PSJ"də 28 yaşlı yarım müdafiəçi ilə yolları ayırmağa razıdır.


İddialara görə kataloniya təmsilçisi 15 milyon avro müqabilində Draksleri transfer edəcək.


Qeyd edək ki, Yulian Draksler bu mövsüm Paris təmsilçisinin heyətində 14 matçda 2 qol vurub və 2 qolun ötürməsini verib.


Sadiq İsmayılov

Loading...
Loading...