Bayden belə peyvənd edildi  - VİDEO
Dünya
22.12.2020 01:33
216

Bayden belə peyvənd edildi - VİDEO

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden koronavirus əleyhinə peyvənd edilib.

MediaBaku.az Publika.az-a istinadən xəbər erir ki, bu barədə CNN məlumat yayıb.

Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. Baydenin peyvənd edilməsini mətbuat nümayəndələri də izləyiblər.

Demokrat Partiyasının üzvü prosedur zamanı qoruyucu maskada olub. O, klinikanın işçi heyətinə təşəkkür edib.

ABŞ-ın yeni rəhbərinə "Pfizer" şirkətinin istehsalı olan ilk vaksini vurulub.


Qeyd edək ki, daha əvvəl ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp da peyvənd edilməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.
Loading...
Loading...