BDU-dan qovulan tələbə danışdı:
Ölkə
27.11.2020 14:46
197

BDU-dan qovulan tələbə danışdı: "Üzrlü sayın məni..."

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıb.

MediaBaku.az xəbər verir ki, buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixində Universitet tələbələri sırasından xaric edilib.

Sosial şəbəkələrdə Pərvizin səs yazısı yayılıb. O, qrup yoldaşlarına ona göstərdikləri dəstəyə görə göz yaşları içərisində təşəkkürünü bildirib:

"Vallah, siz əlinizdən gələni etdiniz. Daha heç nəyə ehtiyac yoxdur. Unutmayın məni, bir dənə o yetər. Sizin kimi qrup yoldaşları, dostlar, bəlkə də, tapa bilməyəcəm. Üzrlü sayın məni, aranıza qayıda bilməyəcəm”.

Qeyd edək ki, Pərviz Məhəmmədov BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi olub.

(BAKU.WS)

Loading...
Loading...