Bərdəyə raket atəşi nəticəsində 4 nəfər ölüb FOTOLAR
Hadisə
27.10.2020 18:24
78

Bərdəyə raket atəşi nəticəsində 4 nəfər ölüb FOTOLAR

Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı terror əməlləri davam edir.

Mediabaku Trend-ə istinadən xəbər verir ki, Ermənistan Ordusu tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket nəticəsində ölənlərin sayının 4-də çatdığı deyilir.

Ermənistan növbəti dəfə dinc əhaliyə hücumu nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in yerli müxbirinin məlumatına görə, yaralananlar arasında uşaqlar da var.

Ermənistan növbəti dəfə dinc əhalini raket atəşinə tutub.

Trend-in məlumatına görə, Ermənistan Ordusu tərəfindən atılan raket Bərdə rayonunun Qarayusifli kəndi ərazisinə düşüb.

Hadisə nəticəsində bir mülki şəxs həlak olub, yaralılar var.


Loading...