BİABIRÇILIQ:  Polad Həşimovun oğluna
Mediabaku TV, Cəmiyyət
01.12.2020 11:54
489

BİABIRÇILIQ: Polad Həşimovun oğluna "Sən də böyüyəndə, inşallah, şəhid olarsan" dedilər - VİDEO

Zaman-zaman aramızda elə insanlar olur ki, istər danışığına, istərsə də hərəkətlərinə sahib çıxmağı bacarmırlar. Elə hazırda sizə təqdim etdiyimiz görüntüdəki videonu çəkən adı və kimliyi bilinməyən "oğlan" kimi.

BiG.AZ-ın məlumatına görə, Azərbaycanın bütövlüyü uğrunda 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı ön xətdə vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun balaca oğlu ilə şəkil çəkdirmək üçün "min dona girən" bir-iki "insan"ın sosial şəbəkələrdə videosu yayılıb.

Məsələ burasındadır ki, videodakı şəxs Azərbaycan Xalqının Qəhrəmanı, idealı Polad Həşimov kimi igidimizin oğluna "böyüyəndə sən də şəhid olarsan" deyib və şəkil çəkdirərək paylaşıb.

Bəli, şəhidlik müqəddəs, uca, ali zirvədir və hər adama nəsib olmur.

Amma bir insana qəhrəmanlıq arzulamağın müxtəlif mədəni yolları var.

Allah Polad Həşimovun oğluna atası kimi general olmağı qismət etsin!

Loading...
Loading...