Billur Kalkavandan səhhəti ilə bağlı  açıqlama!Xərçənglə mübarizə aparıram
Maqazin
27.05.2022 11:04
813

Billur Kalkavandan səhhəti ilə bağlı açıqlama!Xərçənglə mübarizə aparıram

Ağciyər xərçəngi ilə mübarizə aparan Türkiyəli aktrisa Billur Kalkavan səhəti ilə bağlı açıqlama verib. Onu sevənlərdən bir xahiş də edib.


MediaBaku.az xəbər verir ki, Bir çox filimdə rol alan Billur Kalkavanın ağciyər xərçənginə tutulduğu ortaya çıxmışdı.


59 yaşında olan aktrisa Billur Kalkavanın bu xəstəliyə tutulma xəbərini  ilk dəfə rejissor Hamdi Alkan bildirmişdi.

"Gözəl ürəyin bu xəstəliyə qalib gələcək"


 Məşhur rejissor, "Billur Kalkavana tezliklə şəfa tapmasını diləyirəm.


"Gözəl ürəyin bu xəstəliyə tezliklə qalib gələcəkdir".


"Billur hər zaman yanındayam" sözləri ilə dostuna dəstək olmuşdu.


"Sizdən bir xahişim var"


 Müalicəsinin effekt verdiyini bildirən Billur Kalkavan, səhətində yaranmış problemlə bağlı məlumat verib.


 Onu sevənlərdən  də  xahiş  etməyi unutmayan aktrisa onlara müraciət etməyi unutmayıb.


"Hər kəs səhhətimlə bağlı maraqlanır mən sosial media hesabımdan yazım dedim".

Dostum Hamdi Alkanımın və Ənvər Aysevərimin mənimlə bağlı  etdiyi paylaşımların dan sonra hər kəsdən gördüyüm sevgi, şəfqət  hissi məni çox sevindirdi.


Hər kəsdən Allah razı olsun.Sadəcə sizdən bir xahişim var. Mənə həkim kimi dərman, bitki və.s tövsiyyələr verməyin.


 Burda müalicə son dərəcə müasir və ən qabaqcıl texnologiyalar əsasında aparılır.


Göndərdiyiniz heç bir müalicə üsuluna da etibar etmirəm hələ ki, həkimlə məsləhətləşmədən əsla.


 İstehsalı olmayan dərmanlar, bitkilər və başqaları bütün bunlar əks təsir edə bilər.


 Hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm",-  deyə o, bildirib.


Özəl xəstəxanaların birində müalicə alan, aktrisanın bu günlərdə ən böyük dəstəkçisinin  özü kimi oyunçu olan sevgilisi  Buğra Bahadurun olduğu da bildirilib.


Aidə Dərvişova

Loading...
Loading...