Maqazin
05.05.2021 10:26
45

"Bir ananın yeganə övladını itirməsi qəbuledilməzdir" - Məşhur müğənni çağırış etdi

Müğənni Şakira Kolumbiya hökumətini bir neçə gündür davam edən etiraz aksiyaları zamanı polis zorakılığına son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.


MediaBaku.Az APA-a istinadən xəbər verir ki, müğənni bu barədə instaqram səhifəsində yağıb.


"Ölkəmin hökumətindən təcili tədbirlər görməsini və insan haqlarının pozulmasının dayandırmasını xahiş edirəm", deyə müğənni vurğulayıb.


O, bir insanın həyatının istənilən siyasi maraqlardan üstün olduğunu qeyd edərək, bildirib ki, bir ananın yeganə övladını itirməsi qəbuledilməzdir". 


Xatırladaq ki, Kolumbiyada ötən həftədən bəri vergi islahatlarına qarşı nümayişlər davam edir. Paytaxt Boqota, Kali, Medellin və digər şəhərlərdə etiraz aksiyalarında 840-dan çox insan yaralanıb. 

Loading...