Bir ölkəni yıxan qətliam: 43 kənd təsərrüfatı işçisi boğazları kəsilərək öldürüldü  - FOTOLAR
Dünya
30.11.2020 17:30
386

Bir ölkəni yıxan qətliam: 43 kənd təsərrüfatı işçisi boğazları kəsilərək öldürüldü - FOTOLAR

Nigeriyada 43 kənd təsərrüfatı işçisi boğazları kəsilərək öldürülüb.

Mediabaku.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nigeriyanın şimal-şərqində, ölkə prezidentinin "anlaşılmaz" olaraq xarakterizə etdiyi hücumda 43 nəfər qətlə yetirilib. 

Bölgədən gələn xəbərlərə görə, Borno vilayətinin paytaxtı Maiduguri yaxınlığındakı düyü tarlalarında çalışan işçilər bağlanıb boğazları kəsilərək öldürülüb.

Nigeriya Prezidenti Muhammadu Buhari çalışqan əkinçilərin Borno əyalətində terrorçular tərəfindən öldürülməsini qınayıb. 

"Bu mənasız qətllər bütün ölkəni sarsıtdı. Düşüncələrim kədərlənən ailələrlədir. Terrorçuların öldürülməsi ağlasığmazdır. Hamısı öldürüldü, altısı ağır yaralandı. Qətlə yetirilənlər iş tapmaq və Nigeriyanın şimal-şərqinə getmək üçün min kilometr yol qət edən kənd təsərrüfatı işçiləridir. Xalqımız çətin şərtlər altındadır", - deyə prezidentin mətbuat katibi Garba Shehun Muhammadu Buharinin sözlərini ictimaiətə çatdırarkən deyib. 

Borno əyalətinin valisi Babagana Zulum da qurbanların dəfn mərasiminə qatılıb. Qubernator federal hökuməti bölgədəki əkinçiləri qorumaq üçün daha çox əsgər göndərməyə çağırıb.

Xalqımız çox çətin şərtlər altındadır. Bir tərəfdən evlərində qalsalar aclıqdan öləcəklər, digər tərəfdən tarlalarda işləsələr üsyançılar

tərəfindən öldürülmə riski var", - deyə o, vəziyyətin acınacaqlı olduğunu qeyd edib.

Qeyd edək ki, hələ də Koo Haram və İŞİD-in Qərbi Afrika bölməsinin aktiv olduğu bölgədə ən qanlı hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib. 

Xavər Bayramova

Loading...