Siyasət
30.12.2020 18:04
424

"Biz Türkiyə-Rusiya yaxınlaşmasından əsla narahat olmamalıyıq"

"Erməniləri narahat edən hər bir məsələ bizim maraqlarımıza uyğundur. Və onlar hazırda Rusiya-Türkiyə yaxınlaşmasına mane olmaq iqtidarında deyillər".


MediaBaku.az xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov özünün "Facebook" statusunda yazıb.


"Rusiya və Türkiyə xarici işlər nazirlərinin Soçidə təkbətək formatda keçirdikləri görüşdə əsas prioritet məsələlərdən biri sayılan Dağlıq Qarabağ mövzusu ətrafında da fikir mübadiləsi aparmaları gözlənilən idi. Hesab edirəm ki, Türkiyə və Rusiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etməsi Azərbaycanın maraq və mənafelərinə uyğundur bu Qarabağdakı proseslərin də bizim üçün arzuolunan məcrada cərəyan etməsində müsbət rol oynaya bilər. Biz Türkiyə-Rusiya yaxınlaşmasından əsla narahat olmamalıyıq. Qoy ermənilər bundan narahat olsunlar. Erməniləri narahat edən hər bir məsələ bizim maraqlarımıza uyğundur. Və onlar hazırda Rusiya-Türkiyə yaxınlaşmasına mane olmaq iqtidarında deyillər. Zaman və geosiyasi proseslər ermənilərin əleyhinə, bizimsə xeyrimizə işləyir", - deyə partiya sədri bildirib.

Loading...