Biz Türkiyədə oynamaq istədiyimizi söylədik Qurban Qurbanov
İdman
28.10.2020 13:25
63

Biz Türkiyədə oynamaq istədiyimizi söylədik Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.

Mediabaku qol.az-a istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:

"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik" - deyə Qurbanov qeyd edib.

Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Loading...