Müharibə
24.01.2021 22:17
659

"Bizi mühasirəyə aldılar, yaxın məsafəli atışmada 2 şəhid verdik" - MÜSAHİBƏ (FOTOLAR)

44 günlük Vətən müharibəsinin döyüşçüsü Şair Ağazadə 19 sentyabr 1995-ci ildə Lerik rayonunun Tikeband kəndində anadan olub. Hazırda Neftçala rayonunda yaşayan Şair Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşıdır.


Qəhrəmanımızın MediaBaku.az saytına müsahibəsini təqdim edirik:


- Müharibəyə getməyinizdən danışaq. Həmin günü necə xatırlayırsınız?


- Biz qəzəb hissi ilə daha da geniş addım atmağa başladıq. Düşünürdüm ki, biz torpaqları alsaq Şəhid qardaşlarımızın qisasını almış olarıq və qanları yerdə qalmaz! Gecə saat 4 idi patrul idim rabitə ilə dedilər ki, siz yerinizi dəyişməlisiniz. Bilmirdik hara gedirik. Əsgər yoldaşlarımızla birgə postu tərk etdik. Saat 11 idi çatdıq. Bizə dedilər ki, burada yerləşin. Yerləşdik istirahət edirdik yenə gecə saat 4 olardı, bizə dedilər ki, bura Xocavənddir Şuşaya 1 saatlıq yolumuz qalıb. İstirahət etdikdən sonra hərəkətə davam edib Şuşaya çatdıq. Düşmənin ağır artilleriyası atmağa davam edirdi. Bizim bir məqsədimiz var idi, bu da torpaqlarımızı düşmən tapdağından azad etmək idi.  
Noyabr ayının 10-da gecə saat 4 olardı eşitdik ki, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev çıxış edib və Qarabağın alındığını xalqa müjdələyib. Həmin an sevincdən göz yaşı tökdüm. Nə yaxşı ki, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda mənim də payım oldu.


- Müharibəyə könüllü getdinizmi?


- Özüm könüllü kimi qeydiyyatdan keçmişdim, lakin çağırışçı kimi sentyabrın  21-də bizi hərbi hissəyə gətirdilər və 1 həftə təlim keçdikdən sonra gecə saat 4-5 arası olardı biz çıxdıq, Füzuli istiqamətində döyüşlərə qoşulduq və ordan da hər komanda verildikcə irəliləməyə başladıq. Beləcə hər saat irəliləyirdik. 


- Orda sizə ən təsir edən məqamlardan danışardınız...


- Oktyabrın 7-də dedik ki, istirahət edək. Bir saat keçmişdi komandirimiz dedi ki, havada dron var yerimizi bildilər, buranı ağır artilleriya ilə vura bilərlər. Yerimizi dəyişib hazırlaşırdıq gördük ki, digər tərəfdən düşmənin 10-a yaxın texnikası gəlir. Həmin gün bizi mühasirəyə aldılar. O gün yaxın məsafəli atışmada 2 şehid verdik. Onlar Mədətov Zaur Kamal oğlu və Şahverdiyev Böyükağa Savalan oğlu idi. Bunlar bizim üçün ağır itki olsa da, biz bilirdik ki, Şəhid qardaşlarımızın qisasını nəyin bahasına olursa olsun almalıyıq! 


- Hansı istiqamətlərdə döyüşdünüz?


- Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa.


- Əslən hansı bölgədənsiniz?


- Əslən Lerik rayonunun Tikeband kəndində doğulmuşam. Neftçala rayonunun Qırmızı kənd kəndində yaşıyıram.


- Müharibəyə qədər bir çoxları müasir gənclərin Qarabağ sevgisinin az olduğunu düşünürdü. Bu haqda siz nə deyərdiniz?


- Mənə əvvəl deyirdilər, görməmişdim deyə müharibə haqda dərk edə bilmirdim. Ama zamanla müharibə iştirakçısı olduqdan sonra insanın istər istəməz psixalogiyasında, düşüncəsində dəyişiklik olur. Müharibə görən insanlar 1991, 1992 və 1993-ün veteran, qazilərin dedikləri çətinliklər susuz, ac qalmağı gördükdən sonra daha gözəl başa düşdüm. Gənclərin daha vətənpərvər olduğunu gördüm. 


- Qarabağı görmüş biri olaraq bundan sonra nə düşünürsüz?


- Sonda onu deyə bilərəm ki, düşmən həqiqətən cənnətdə yaşayırmış. Çox gözəl mənzərəli yerlərimiz də var imiş. Cənab Prezidentimiz demişkən onları iti qovan kimi qoymalıydıq, qovduq da.


Ayişəgül Əhmədova




Vətən müharibəsi
Şəhid
Loading...
Loading...