Bu generalın atası azərbaycanlı, anası erməni imiş  - SENSASİON MƏLUMAT AÇIQLANDI
Siyasət
27.12.2020 22:59
1579

Bu generalın atası azərbaycanlı, anası erməni imiş - SENSASİON MƏLUMAT AÇIQLANDI

Erməni ictimaiyyətində  Xankəndindəki separatçı-terrorçu erməni rejiminin bu günlərdə xunta başçısı Araik Arutyunyan tərəfindən vəzifəsindən azad edilmiş sabiq “təhlükəsizlik xidməti” rəisi general-mayor Kamo Ağacanyanın  guya Azərbaycana işləməsi haqda rəylər yayılıb.


Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Erməni istifadəçilərdən biri yazır:



















“Yeni xainlər haqqında yeni məlumatlar. Artsax  MTX-nin rəhbəri Kamo Ağacanyan ilə tanış olun. Mənə verilən məlumata görə, bütün məlumatları azərbaycanlılara sızdıranlardan biri də məhz o olub. Kamonun atası milliyyətcə azərbaycanlı, anası ermənidir. Birinci müharibədən sonra Kamo və anası Artsaxda qaldı, qardaşı və atası isə Azərbaycana getdi. Kamonun düşmən tərəfin yüksək rütbəli məmurları ilə möhkəm əlaqələri var idi. Bu müharibə zamanı isə 7/24 nisbətdə düşmənin xeyrinə çalışdı. Bu yaxınlarda Araik Arutyunyan onu vəzifəsindən azad etdi. Vəssəlam. Onun haqqnda başqa bir tədbir görülmədi, bu bir daha səlahiyyətlilərin eyni zamanda onunla işlədiyini təsdiqləyir. Yeri gəlmişkən, azərbaycanlılar uzun müddətdir ki, bloqlarında onun haqqında yazırlar və onu öz adamları hesab edirlər. Təsadüfən bu mənbəyə rast gəldim və heyran qaldım...”
Loading...
Loading...