Bu gündən bərbərxanalar və gözəllik salonları açılır
Ölkə
25.01.2021 00:44
560

Bu gündən bərbərxanalar və gözəllik salonları açılır

Bu gün saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) bərpa olub.

MediaBaku.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Bərbərxana
Gözəllik salonu
Qadağa
Loading...
Loading...