Bu gündən restoran, kafe və çay evləri yalnız çatdırılma xidməti göstərəcək
Cəmiyyət
14.12.2020 02:17
176

Bu gündən restoran, kafe və çay evləri yalnız çatdırılma xidməti göstərəcək

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb.


MediaBaku.Az bildirir ki,Nazirlər Kabinetinin qərarına əsasən, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.


​Qeyd edək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Loading...