Bu həftə kafe və restoranlar bağlanır?
Gündəm
27.11.2020 15:26
114

Bu həftə kafe və restoranlar bağlanır?

Noyabrın 26-da yoluxma sayı kəskin artıb. Belə ki, 3 705 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib. Kafe və restoranlar yoluxma mənbəsi və insanların sıx toplaşdığı yerlər hesab olunur. Əgər yoluxma artma dinamikası ilə davam edərsə, bu həftə kafe və restoranlar bağlana bilərmi?

MediaBaku.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, gələn həftə yoluxma sayı 5000-nə çatacaqdır:

"Bu gün avtobuslardakı sıxlıq yoluxma sayının artmasına səbəb olur. Ona görə də düşünürəm ki, avtobusdakı sıxlığı aradan qaldırmaq üçün metronun açılması vacibdir. Yoluxma sayının artmasına səbəb metronun bağlı olması və avtobuslardakı sıxlıqdır. Bundan əlavə ünsiyyəti aradan qaldırmaq üçün aprel ayındakı karantin rejiminə qayıtmaq lazımdır.

"Sms icazə" və "evdə qal" karantininə geri dönməliyik. 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyulmalıdır. Düşünürəm ki, yoluxma bu cür artma dinamikası ilə davam edərsə yaxın günlərdə də qoyulacaq. Uşaqlar koronavirusa az yoluxur. Əsas yoluxmanı yayanlar yaşlı insanlardır. Düşünürəm ki, virusa yoluxanların sayındakı artım davam edərsə, karantin rejimində sərtləşdirilmə ola bilər. Ümumiyyətlə yoluxma mənbələri olan kafe, restoranlar, gözəlik salonları, bərbərxanalar bağlanılmalıdır. Çox güman yaxın günlərdə artım davam edərsə, bununla bağlı qərar veriləcək".

Loading...
Loading...