Bu ölkədə koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi elan edilib
Dünya
13.01.2021 00:52
224

Bu ölkədə koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi elan edilib

Malayziya Kralı Abdulla Riayyatuddin Əl-Mustafa Billah koronavirus pandemiyasına görə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.


MediaBaku.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kral Sarayı məlumat yayıb.


"Baş nazir Muhitdin Yassinin təklifinə baxıldıqdan sonra bu barədə qərar qəbul olunub. Vəziyyətdən asılı olaraq fövqəladə vəziyyət rejimi avqustun 1-də və ya daha tez ləğv edilə bilər", - deyə məlumatda bildirilir.


Malayziyada Kral tərəfindən tətbiq olunan fövqəladə vəziyyət rejimi ölkənin siyasi həyatına da təsir göstərir. Belə ki, parlamentin fəaliyyəti dayandırılır və məsələlərin əksəriyyəti hökumət tərəfindən müstəqil şəkildə həll olunur. Bundan əlavə, həmin müddətdə seçkilər də keçirilmir.


Qeyd edək ki, bundan bir gün əvvəl Baş nazir paytaxtda və bir neçə ştatda sosial-iqtisadi məhdudiyyətlərin bərpa olunduğunu elan edib.

Əlavə olaraq bildirək ki, koronavirusla bağlı sıçrayış ötən il sentyabrın sonlarında Sabah ştatında keçirilən seçkilərdən sonra baş verib. Əgər avqustda bu ölkədə gündəlik yoluxma artımı 10-a bərabər idisə, hazırda 2 mindən aşağı enmir.

Loading...