Bu şəxslər güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər -  DİQQƏT
Ölkə
04.05.2021 19:28
198

Bu şəxslər güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər - DİQQƏT

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

MediaBaku.az Sfera.az-ın məlumatına istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda əksini tapıb.

Beləliklə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

Loading...