Bu şəxslərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
Sosial
26.11.2021 20:31
267

Bu şəxslərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.


MediaBaku/az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.


Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Loading...
Loading...