Bu vərdişlər smartfonunuzun ömrünü QISALDIR
Maraqlı
07.12.2020 01:37
244

Bu vərdişlər smartfonunuzun ömrünü QISALDIR

Müasir smartfonlarda istifadəçilərin özləri batareyanı əvəz edə bilmədiklərindən, bir çoxları üçün telefonlarının ömrü batareyanın ömrü qədərdir.

MediaBaku.az oxu.az-a istinadən bildirir ki, Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) "Rəqəmsal vətəndaş" platformasının eksperti Vladimir Qritsenko bu barədə danışıb.

Onun sözlərinə görə, smartfon yüksək temperaturda istifadə olunarsa, batareyanın ömrü azalır.

"Məsələn, smartfonunuzu sürətli şarj edirsiniz və eyni zamanda "Zoom"da danışırsınızsa, cihazın temperaturu əhəmiyyətli dərəcədə arta bilər, bu da batareyanın zədələnməsinə səbəb olur", - deyə ekspert izah edir.

Müasir smartfonların vaxt keçdikcə performansını itirə bilən digər bir hissəsi də OLED ekranıdır. Xüsusilə yüksək parlaqlıqda istifadə edildikdə onlar solmağa meyillidirlər. Bunun qarşısını alan bir neçə texnologiya var, ancaq bununla belə, 3-4 il ərzində tükənməkdən tamamilə qaçmaq mümkün deyil.

"Smartfonların ömrünü qısaldan açıq səbəblər arasında onunla ehtiyatsız davranma, yerə düşmə, içərisinə nəmin daxil olmasıdır. Su keçirməyən ağıllı telefonda da nəm SİM-kart yuvasından içəri daxil ola bilər", - deyə o əlavə edib.

Loading...
Loading...