Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz  - QADAĞA SİYAHISI
Sağlamlıq
26.12.2020 10:22
262

Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz - QADAĞA SİYAHISI

Həkimlər əhalinin hansı qrupunun koronavirus peyvəndindən kənarda qalacağına aydınlıq gətirib.


Pandemiya nə qədər ağır olsa da, bəzi xəstələr var ki,onlara peyvənd əks göstərişdir.


MediaBaku.az xəbər verir ki, Rusiyanın səhiyyə nazirliyi bu şəxsləri qadağa siyahısına daxil edəcək.


– Vərəm xəstələri

– Kəskin respirator virus xəstəliyi keçirən

– İnsult keçirmiş xəstələr

– Kəskin sistem xəstəlikləri olanlar

– Dağınıq skleroz xəstələri


Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip, qızdırma olmamalıdır


İnfeksionist Anna Balandina izah edib ki, vaksinə qarşı orqanizmin reaksiyası qeyri-adekvat olar.


Bu insanların immuniteti artıq digər aktiv xəstəliklə mübarizəyə məşğuldur, bu halda ona ikinci virus yükləmək olmaz. Çünki peyvənddən sonra hərarət qalxır, insan özünü əzgin hiss edir. İnsult keçirmiş xəstələr üçün bu epilepsiya tutmaları ilə nəticələnə bilər. /Medicina.az

Loading...