Bütün Türkiyə bundan danışır:  Van Gölündə suyun azalması 3 min ilə yaxın yaşı olan limanı üzə çıxardı - FOTO
Maraqlı
01.12.2020 22:18
242

Bütün Türkiyə bundan danışır: Van Gölündə suyun azalması 3 min ilə yaxın yaşı olan limanı üzə çıxardı - FOTO

Van Gölündə suyun səviyyəsi aşağı düşdüyünə görə, 2 min 750 illik liman üzə çıxıb.

Mediabaku.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Van şəhərinin Erciş bölgəsində yerləşən Van Gölündə suyun azalması ilə 2 min 750 il əvvəl istifadə edilmiş Urartu dövrünün xarabalıqları aşkar edilib. 

Gölün suları ilə köhnə limanın xarabalıqları arasında təxminən 50 metr məsafənin olduğu bildirilir.

Dəniz nəqliyyatına da əhəmiyyətli olan Urartular Van gölündə müxtəlif limanlar inşa ediblər. Bu limanlardan biri "Deliçay" Limanı olaraq bilinir.

Bölgədə fotoşəkil çəkərkən xarabalıqları görmək istəyən fotoqraf Ferzende Coşar, "İllərdir bu bölgədə şəkil çəkdirirəm. Gölün qovuşduğu sahil limanla birləşir. Suyun azalması ilə liman və tarixi xarabalıqlar ortaya çıxmağa başladı. Bura haqqında çox yönlü bir araşdırma aparmaq daha uyğun olardı", - deyə fotoqraf bildirib.

Xavər Bayramova



Loading...
Loading...