Cavanşir Əhmədov - “Vətən Uğrunda” medalı ilə təltif olunub
Müharibə
06.01.2021 22:43
1400

Cavanşir Əhmədov - “Vətən Uğrunda” medalı ilə təltif olunub

Şəhid Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qardağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005 ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinifinə daxil olur.

2016-cı ildə orta məktəbi bitrərək ali məktəbə daxil olur. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir.Cavanşir orada snayperçi bacarıqlarına yiyələnir, və  kursda eyni zamanda özü də təlim keçməyə başlayır. Bu ilin iyul ayında isə ali məktəbi bitrərək, hərbi xidmətə yollanır. Qəlbində olan dərin vətən-Qarabağ sevgisi onu heç zaman tərk etmir və Cavanşir Xüsusi Təyinatlı Qüvvələrə seçilərək arzusuna qovuşur.

Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murov dağ zirvəsinin, Cəbrayıl, Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib.Zəngilan döyüşlərində də iştirak edən Cavanşir 15 oktaybr tarixində düşmən gülləsinə tuş gələrək şəhid olur.

Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Loading...
Loading...