Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması:  Atəşkəs pozularsa... - VİDEO
Siyasət
08.01.2021 10:56
813

Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa... - VİDEO

Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni zamanda, atəşkəs pozuntusu varsa, bununla bağlı tədbirlər görəcək".


MediaBaku.az verir ki, bunu Portuqaliyada rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.


Nazir Türkiyə-Ermənistan əlaqələrinin düzəlmə şərtini də səsləndirib: "44 günlük müharibə dövründə üç dəfə atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistan hər dəfə bu atəşkəsi pozdu. Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar. Həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilər. Bu normallaşmadan isə bölgədəki hər kəsdən çox Ermənistan və onun xalqı faydalanacaq. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik"./publika.az

Loading...