Cəbrayıl, Qubadlı, Laçın və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüşən hərbçimiz - FOTO
Müharibə
20.12.2020 13:30
246

Cəbrayıl, Qubadlı, Laçın və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda döyüşən hərbçimiz - FOTO

Səbzəlyev Azad Azər oğlu 1998-ci il Bakı şəhərində anadan olub. Evin tək oğludur.


Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3 dəfə yazıldıqdan sonra könüllü şəkildə döyüşə yollanıb.


"Sentyabr ayının 27-də yola düşdüm. Cəbrayıl, Qubadlı, Laçın və Zəngilan istiqamətində döyüşlərdə iştirak etdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanları cənnətdir. Vətən sağolsun".


Loading...
Loading...