Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla normallaşması prosesini müzakirə edib
Siyasət
03.05.2022 20:22
1040

Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Ermənistanla normallaşması prosesini müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.

MediaBaku.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan  arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib.

Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Loading...
Loading...