“CinemaPlus”un qocaman əməkdaşı rəhbərlik tərəfindən təltif olundu - FOTOLAR
Ölkə
26.11.2021 18:36
230

“CinemaPlus”un qocaman əməkdaşı rəhbərlik tərəfindən təltif olundu - FOTOLAR

“CinemaPlus” kinoteatrın qocaman əməkdaşı Qennadiy Qasımov rəhbərlik tərəfindən təltif olunub.


O, 55 illik təcrübəyə malik olan proyeksiyaçı idi. Onun karyera yüksəlişi əfsanəvi “Azərbaycan” kinoteatrının açıldığı gündən 1966-cı ildən 2012-ci ilə kimi davam edib: 2012-ci ildən 2016-cı ilə qədər – “28 Cinema”, 2016-cı ildən bu günə kimi - "CinemaPlus" kinoteatrı. Hər kəs eyni vəzifədə bu qədər uzun müddət işləməyi bacarmır.


Qennadiyin çox peşəkar və təcrübəli mütəxəssis olması müdiriyyət və həmkarları tərəfindən çox yüksək qiymətləndirilir. Həmkarkar onu yalnız peşəkarlığına görə yox, həmdə insani keyfiyyətlərinə görə dəyərləndirirlər.


“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.


Loading...
Loading...