“COVİD-19” başlanandan bəri qripin bu ştammı tamamilə yoxa çıxdı
Sağlamlıq
26.10.2021 23:31
34

“COVİD-19” başlanandan bəri qripin bu ştammı tamamilə yoxa çıxdı

Avstraliyalı tibb tədqiqatçıları bildiriblər ki, “COVID-19” pandemiyasının başlanmasından bəri “B/Yamaqata” qripinə yoluxma halı qeydə alınmayıb. O vaxta qədər bu qrip mütəmadi olaraq məcburi peyvəndlər siyahısına daxil edilib.

 
Bu barədə “Medical Xpress” məlumat yayıb.

 
Bununla belə, mütəxəssislərin fikrincə, “B / Yamagata” ştammı qalanlarla müqayisədə həmişə ən az yoluxucu olub və son dərəcə yavaş mutasiyaya uğrayıb.

 
Tədqiqatçılar hesab edirlər ki, bu amillər koronavirus pandemiyasının əvvəllər yayılmış bir çox xəstəliklərin yerini alması ilə birlikdə “B / Yamaqata” ştammının qlobal dövriyyəsinin qarşısının alınmasına kömək edib.

 
Eyni zamanda ABŞ alimləri deyirlər ki, əgər qripin müəyyən bir ştammı həqiqətən tamamilə yox olubsa, bu, mütəxəssislərə gələcək epidemiyalara qarşı mübarizədə yeni imkanlar və vasitələr verə bilər.Moderator.az 

Loading...
Loading...