COVİD-19-la bağlı şok gerçək üzə çıxdı: Halüsinasiyalar, şəxsiyyət dəyişiklikləri, psixoz...
Maraqlı
01.01.2021 21:37
541

COVİD-19-la bağlı şok gerçək üzə çıxdı: Halüsinasiyalar, şəxsiyyət dəyişiklikləri, psixoz...

Hazırda dünyada 83 milyonun əziyyət çəkdiyi bu xəstəliyin günbəgün başqa simtomları meydana gəlir. Öskürək, boğaz ağrısı, dad və iyibilmə duyğularının itirilməsi ilə müşahidə edilən Covid-19 bəlasının başqa mənfi təsiri də ortaya çıxıb.

Xeber24.info Sfera.az-a istinadən bildirir ki, Covid-19-a yoluxan bəzi insanlarda bir müddət sonra psixoz xəstəliyi meydana gəlib. Bu xəstələr halüsinasiyalar görür və batil inanclara inanmağa başlayır. Onlarda şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğu da müşahidə edilir.

Nyu Yorkda yaşayan bir qadın Covid-19 müalicəsi aldıqdan sonra evə buraxılıb. Lakin daha sonra həmin şəxs yenidən həkimə müraciət edərək uşaqlarının öldürüldüyünü və indiyə qədər eşitmədiyi səslər eşitdiyini deyib.Hətta qadın xəstəxanada tibb bacısını şeytan cildində gördüyünü deyib. Müayinədən sonra qadında psixoz xəstəliyi aşkarlanıb. Onun daha əvvəl psixoloji problemləri olmayıb.

Aparılan tədiqiqatlar göstərib ki, psixoz koronavirusdan sağalan insanlarda həftələr sonra meydana gəlir. Belə simptomun yaranma səbəbivirusun beyinə təsir edərək orada mənfi təsirlər yaratmasıdır.

Loading...
Loading...