Dünya
11.12.2020 13:06
258

"Covid-19" peyvənd məlumatları xakerlər tərəfindən ələ keçirildi

ABŞ dərman istehsalçısı "Pfizer" və Alman tərəfdaşı "BioNTech", "Covid-19" peyvəndi ilə əlaqəli sənədlərin, Avropa Dərman İdarəsinə (EMA) edilən kiber hücumda qanunsuz olaraq əldə keçrildiyini açıqlayıb.

MediaBaku.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ dərman istehsalçısı və ortağı olan Almaniya şirkəti xakerlər tərəfindən hücuma məruz qaldıqlarını, peyvəndlə bağlı hazırladıqları sənədlərin ələ keçrildiyini bəyan edib.

Bildirilir ki, hadisə ilə bağlı Avropa Dərman Agentliyi tərəfindən araşdırma başlanıb.

Hər iki şirkət bu hücumun onların işinə təsir etməyəcəyini qətiyyətlə vurğulayıb.

Fəxriyə Qarayeva

Loading...
Loading...