Maqazin
01.12.2020 22:51
218

"Çukur"da şok ayrılıq: xəyanətə uğrayan aktyor öldü - FOTO

"Çukur"un 106-cı bölümündən ilk səhnə yayımlandı! Səlim Qoçavalı öldümü?

MediaBaku.az xəbər verir ki, dünən axşam Show Tv ekranlarında yayımlanan yayımlanan "Çukur" serialının yeni bölümündən ilk səhnə yayımlanıb.

Üzgün halda olan "Yamaç", Əfsuna qardaşının öldüyünü deyir. Serialda Səlim rolunu canlandıran Önər Ərkan isə növbəti bölümdən sonra "Çukur"dan ayrılacaq. 

Səlim, bir türkü ifa edərkən tanış olduğu və yardım etdiyi Cəmilin xəyanətinə məruz qaldı. Səlim tələyə düşdü. Oğlu və qızı ilə vidalaşan Səlim, Cəmil ilə birlikdə uzaq diyarlara getmək üçün plan hazırladı. Ancaq Səlimi axtaran Cəmil, Çağatay tərəfindən qaçırıldığını dedi. Səlim isə Cəmili xilas etmək üçün tək başına verilən adresə gedərkən qarşısına Çağatay Ərdənət çıxır. Çağatayın adamı olduğu ortaya çıxan Cəmil isə Səlimin başına vuraraq ona xəsarət yetirir. 

Əfsunun Yamacı xəbərdar etmək üçün gəldiyi səhnədə Yamac, qardaşının öldüyünü bildirir. 

Aytac Cəfərova


Loading...